Əməliyyat tədbirləri Nərimanov və Neftçala rayonlarında keçirilib Əməliyyat tədbirləri Nərimanov və Neftçala rayonlarında keçirilib

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3 nəfər saxlanılıb - Rəsmi

Əməliyyat tədbirləri Nərimanov və Neftçala rayonlarında keçirilib

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini C.Seyidbəyov və Masallı rayon sakini M.Salayev saxlanılmışlar.

Polis əməkdaşları C.Seyidbəyovdan 10 qramdan artıq tiryək, M.Salayevdən isə çəkisi 1 kiloqram 50 qram heroin aşkar edərək götürlmüşlər.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində də üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Səmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülmüşdür.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin evində də narkotik vasitə saxlaması müəyyən edilmişdir. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun qəsəbə ərazisindəki evindən əlavə olaraq 1,6 kiloqram marixuana da aşkar edilərək götürülmüşdür.

AzNews.az