“TOZ 63” markalı, qoşalüləli ov tüfəngləri götürülüb “TOZ 63” markalı, qoşalüləli ov tüfəngləri götürülüb

İsmayıllı və Qəbələdə qanunsuz silahlar aşkar edilib

“TOZ 63” markalı, qoşalüləli ov tüfəngləri götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Göytəpə kənd sakini Ədalət Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ 63” markalı, qoşalüləli ov tüfəngi götürülüb.

Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən isə rayonun Nic qəsəbə sakini Jora Muradaridən də qanunsuz saxladığı “TOZ” markalı, təklülə tüfəng aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Azər
AzNews.az