Hadisə Türkiyədə qeydə alınıb. Hadisə Türkiyədə qeydə alınıb.

Qadın müəllimi küçədə öldürdülər

Hadisə Türkiyədə qeydə alınıb.

Mersində bir liseydə müdir köməkçisi olan müəllimə gecə küçənin ortasında silahla vurularaq öldürülüb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əldə olunan məlumata görə, dünən gecə Yenişehir şəhər Menteş məhəlləsində, Çamlıbel Mesleki və Teknik Anadolu liseyinin müdir köməkçisi 37 yaşlı Kübra Aşkın küçədə silahla qətlə yetirilib.

Onun keçmiş əri D.D. tərəfindən öldürüldüyü fikri irəli sürülərkən cinayətkar polisə gedərək təslim olub.

Həyatını itirən Kübra Aşkın bu gün Mersində dəfn olunub.

Səidə Nurməmmədli

AzNews.az