10 illik dostundan 63 min manat alıb vədinə əməl etmədi 10 illik dostundan 63 min manat alıb vədinə əməl etmədi

“10 BB 100 nömrəsi bir “Bentley”in üstündədir” - Bahalı nömrə alverçisinin cinayət işi

10 illik dostundan 63 min manat alıb vədinə əməl etmədi

Maşın və bahalı nömrə alveri ilə məşğul olan Elçin Pirişov növbəti dəfə hakim qarşısına çıxarılıb.

AzNews.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunan Pirişov apellyasiya şikayəti, prokuror isə 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya protesti verib. Məhkəmə baxışı fevral ayının 26-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Səlimovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, E.Pirişov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Belə ki, məhkəmə orqanı tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən zaman E.Pirişov ölkədən qaçıb. Daha sonra onun barəsində "İnterpol" vasitəsilə beynəlxalq axtarış elan edilib və Türkiyədə həbs edilərək Azərbaycana gətirilib.

Məhkəmədə Pirişovun istintaqa verdiyi ifadə elan olunub. Pirişov 10 illik dostu Emin Quliyevə cüt rəqəmlə bitən nömrə də alacağını söz verib: “Onun istədiyi 10 BB 100 nömrəsini 16 min dollara ala biləcəyimi dedim. 2014-cü ildə Tibb Universitetinin yanında yerləşən əyləncə mərkəzində Eminlə görüşüb 16 mini aldım. Emin həm də “Mercedes Gelandevagen” istəmişdi, buna görə də bir neçə gün sonra beh kimi 40 min dollar aldım. Maşını gətirmək üçün xaricə getdim, amma işlərim yolunda getmədi. Maşını gətirə bilmədim, həmin müddət pulu da özüm üçün xərclədim. Azərbaycana da qayıda bilmədim”.

Məhkəmənin suallarını cavablandıran E.Mirişov deyib ki, sadəcə, zərərçəkmiş kimi tanınan Emin Quliyevlə Ənvər adlı şəxs arasında vasitəçi olub.

O, maşını Türkiyədə yaşayan Ənvər adlı şəxsə göndərdiyini deyib: “Mən də onu Eminlə tanış etdim. Onlar birgə işləyib 6 maşın gətirib satdılar. Hər maşından mənə 5 min veriləcəkdi, amma vermədilər. Sonuncu dəfə Emin “Galik” istəmişdi. Ənvər də 40 min dollar beh tələb etmişdi. Mən Eminlə bir yerdə idim, Ənvər zəng etdi ki, pulu aparıb bu adama verin. Bizə bir nömrə verdi, həmin şəxslə danışıb Nərimanov rayonunda, “Saatın yanı” deyilən yerdə görüşüb pulu tanımadığımız həmin adama verdik. Sonra da həmin şəxsə zəng çatmadı, maşın da gəlmədi. Mən Emini tapmaq üçün Türkiyəyə getdim, tapa bilmədim. Həmin vaxt Eminin ailəsi məni həbs etdirəcəkləri ilə hədələdilər, ona görə də qayıtmadım”.

Mirişov heç kimə cüt nömrə almağa söz vermədiyini də söyləyib: “Onlar mənə dedilər, maraqlanıb bildim ki, 10 BB 100 nömrəsi bir “Bentley”in üstündədir. O maşını sürən adam da 16 minə nömrə satmaz. O nömrənin qiyməti 100 mindən çoxdur”.

Azər
AzNews.az