Keçmiş MTN generalı ilə bağlı 216 min manatlıq mülki iddia qaldırılıb Keçmiş MTN generalı ilə bağlı 216 min manatlıq mülki iddia qaldırılıb

Məhkəmə Akif Çovdarovu müdafiə etdi, zərərçəkən polis yenidən şikayət etdi

Keçmiş MTN generalı ilə bağlı 216 min manatlıq mülki iddia qaldırılıb

Həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və onun keçmiş işçisi, polkovnik Səlim Məmmədov keçmiş polis əməkdaşı tərəfindən məhkəməyə verilib.

AzNews.az-ın məlumatına görə, zərərçəkmiş qismində tanınan, Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Neman Kərimovun məhkəmə prosesinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyal Sarıyev sədrlik edir.

Xatırladaq ki, N.Kərimov A.Çovdarov və S.Məmmədovun barəsində mülki qaydada Xəzər Rayon Məhkəməsinə iddia irəli sürüb.

Belə ki, o, general və polkovnikdən 216 min manat dəyərində həm mənəvi, həm də maddi təzminat tələb edib.

AzNews.az