Hadisələr Sabunçu, Qaradağ və Xəzər rayonlarında qeydə alınıb Hadisələr Sabunçu, Qaradağ və Xəzər rayonlarında qeydə alınıb

Bir gecədə 3 yol-nəqliyyat hadisəsi - Xəsarət alanlar var

Hadisələr Sabunçu, Qaradağ və Xəzər rayonlarında qeydə alınıb

Bu gecə Bakının 3 rayonunda xəsarətlə nəticələnən yol qəzaları baş verib. İlk hadisə Sabunçu rayonunda qeydə alınıb.

AzNews.az xəbər verir ki, piyada,1957-ci il təvəllüdlü Əzizə Bayramova Zabrat qəsəbəsində yolu keçmək istəyərkən avtomobil onu vurub.

Xəsarət alan yaralı təcili Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır.

Oxşar hadisə Bakının Qaradağ rayonu ərazisində də qeydə alınıb.1996-cı il təvəllüdlü Eyvazlı Ədalət Hikmət oğlu naməlum avtomobil tərəfindən vurulub.

Yaralı təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.

Xəzər rayonu, Zirə qəsəbəsində də qəza qeydə alınıb. 1982-ci il təvəllüdlü Hacıyev Samir Vaqif oğlu içkili vəziyyətdə maşını idarə edib və qəza törədib. Nəticədə, o, Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.

Hər üç faktla bağlı araşdırma aparılır.

Azər
AzNews.az