Hadisə Ramana qəsəbəsində qeydə alınıb Hadisə Ramana qəsəbəsində qeydə alınıb

Mübahisə etdilər, yeznəsinə 7 bıçaq vurdu...

Hadisə Ramana qəsəbəsində qeydə alınıb

Yeznəsinə ağır xəsarət yetirən qayın hakim qarşısına çıxarılıb.

AzNews.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi ilə təqsirli şəxs qismində tutulan Bəhram Yaqubovun istintaq müddətində həbs müddətinin uzadılması ilə bağlı müstəntiq Sabunçu rayon məhkəməsinə vəsatət verib. Hakim Mirheydər Zeynalov müstəntiqin vəsatətini təmin edib və B.Yaqubovun həbs müddəti uzadılıb.

Xatırladaq ki, qanlı hadisə ötən ilin noyabr ayında paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Məsimov Elçin Miryəhya oğlu evinin yaxınlığında qayını, 1977-ci il təvəllüdlü Yaqubov Bəhram Rafiq oğlu ilə mübahisə edib.

Mübahisə dava ilə nəticələnib. Hadisə nəticəsində B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub.

Yaralı koma vəziyyətində 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

B.Yaqubov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (ölümə cəhd) maddəsilə cinayət işi başlanıb.

Azər
AzNews.az