Təqsirləndirilən Laura Qasımova səbəb kimi isə bacısının ona siqaret verməməyini göstərib Təqsirləndirilən Laura Qasımova səbəb kimi isə bacısının ona siqaret verməməyini göstərib

Balta ilə bacısını doğrayıb, torbalara doldurdu! - Yasamalda qandonduran cinayət

Təqsirləndirilən Laura Qasımova səbəb kimi isə bacısının ona siqaret verməməyini göstərib

Ruhi xəstə Laura Qasımova həbsdən azad olunması üçün Sabunçu rayon Məhkəməsinə müraciət edib. AzNews.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında cəza çəkən L.Qasımovanın məhkəmə prosesi fevral ayının 21-də hakim Süleyman Ağayevin sədrliyi ilə keçiriləcək.

İttihama görə, 2009-cu il dekabrın 3-də Bakının Yasamal rayonu, H.Zərdabi küçəsindəki 73 nömrəli evdə yaşayan, 1969-cu il təvəllüdlü ruhi xəstə Laura Bahadır qızı Qasımova özündən böyük bacısı Nərgiz Qasımovanın başını balta ilə kəsib. Sonra isə onu doğrayaraq torbaya doldurub və zibilliyə atıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin L.Qasımova tərəfindən törədildiyini müəyyənləşdirib. O, ilkin istintaq zamanı ifadəsində hadisəni siqaret üstündə törətdiyini etiraf edib. L.Qasımova bacısından siqaret istəyib. N.Qasımova siqaret vermədiyinə görə bacısı onu öldürüb.

Azər
AzNews.az