Bıçaqladığı şəxs qeyri-rəsmi yaşadığı qadının qardaşıdır Bıçaqladığı şəxs qeyri-rəsmi yaşadığı qadının qardaşıdır

Bakıda qohumunu bıçaqlayan şəxsə hökm oxundu

Bıçaqladığı şəxs qeyri-rəsmi yaşadığı qadının qardaşıdır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda kirayədə yaşayan şəxsi bıçaqlamaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

AzNews.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin ərazidə kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Zalov saxlanılıb.

Məlum olub ki, M.Zalovun bıçaqladığı şəxs qeyri-rəsmi yaşadığı qadının qardaşıdır.

Azər
AzNews.az