Sahib İbrahimov vətəndaşlara 2 milyon manat ziyan vurmaqda təqsirləndirilir Sahib İbrahimov vətəndaşlara 2 milyon manat ziyan vurmaqda təqsirləndirilir

"O problem sonradan həll olundu..." - Hacı İbrahimin qardaşının məhkəməsi

Sahib İbrahimov vətəndaşlara 2 milyon manat ziyan vurmaqda təqsirləndirilir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AzNews.az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Mehparə Vəliyeva ifadə verib.

O, bildirib ki, S.İbrahimovun şirkətindən mənzil alıb, bir neçə ildən sonra həmin ev başqa şəxslərə satılıb: "Mənzillə bağlı problem sonradan həll olundu".

Zərərçəkmiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib.

Məhkəmənin növbəti prosesi fevralın 27-nə təyin edilib.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.

Azər
AzNews.az