Bakıda bir gənc smartfon üstündə düşən mübahisədən sonra doğma anasını öldürüb. Bakıda bir gənc smartfon üstündə düşən mübahisədən sonra doğma anasını öldürüb.

Smartfona görə anasını öldürdü

Bakıda bir gənc smartfon üstündə düşən mübahisədən sonra doğma anasını öldürüb.

Bu barədə “Sputnik Azərbaycan” Nərimanov Rayon Polis İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, 26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı Müslümova Nailə Əzim qızını qətlə yetirib.

Qətl fevralın 18-də törədilib.

Saxlanılan şəxsin verdiyi ifadəyə görə, ailə-məişət münaqişəsi zamanı o, stulla anasının sinə nayihəsinə zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib.

“Törətdiyi hadisədən dərhal sonra E.Müslümov mənzilin qapısını bağlayaraq, hadisə yerindən qaçıb. Günlərlə evdə olmayıb. Fevralın 19-u, 16:00 radələrində anasının sağ qaldığı ümidi ilə evə geri dönüb, təcili tibbi yardım çağırıb. Ancaq həkimlər onun öldüyünü deyib. Çox keçmədən cinayət yerinə polis gəlib”, - deyə polis rəsmisi bildirib.

İlkin araşdırma nəticəsində müəyyən edilib ki, oğulla ana arasında mübahisə smarfona görə düşüb.

E.Müslümov arzuladığı mobil telefonu alması üçün anasından pul istəyib, qarşı tərəf isə razı olmayıb. Qəzəblənmiş oğul anasına əl qaldırıb.

Qeyd edək ki, evdə onlardan başqa heç kim yaşamayıb. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, cinayətkar epilepsiyadan və psixi pozuntulardan əziyyət çəkir.

Fakt üzrə cinayət işi açılıb, istintaq davam edir.

AzNews.az