Sənədləri olmayan tüfənglər müsadirə olunub Sənədləri olmayan tüfənglər müsadirə olunub

İsmayıllıda qanunsuz silahlar tapıldı

Sənədləri olmayan tüfənglər müsadirə olunub

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Vəng kənd sakini Tərlan Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı qoşalülə və Qubaxəlilli kənd sakini Rövşən Zülfüqarovdan isə “ İJ -18” markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.

AzNews.az