Hadisə Zonguldakda qeydə alınıb. Hadisə Zonguldakda qeydə alınıb.

Məhkəmə önündə dəhşət - atışma oldu

Hadisə Zonguldakda qeydə alınıb.

Türkiyənin Zonguldak məhkəməsi önündə boşanmaq istəyən tərəflər və yaxınları arasında mübahisə çıxıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, boşanma prosesindən çıxan qadın və həyat yoldaşı K.O.H arasında mübahisə başlayıb.

Mübahisə böyüdüyü zaman isə K.O.H avtomobilindən gətirdiyi odlu silah ilə boşanma ərəfəsində olan həyat yoldaşının qohumu Selçuk Koçaklıya atəş açıb.

Selçuk Koçaklı ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Nigar CƏFƏR

AzNews.az