“İntiharımızda kimsə günahkar deyil”. “İntiharımızda kimsə günahkar deyil”.

Ər-arvad ölü tapıldı - ayaqları bağlı imiş

“İntiharımızda kimsə günahkar deyil”.

Türkiyənin Manisa şəhərində molla və həyat yoldaşı ölü tapılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 20 ildir mollalıq edən 52 yaşlı Hasan Arslan və 49 yaşlı həyat yoldaşı Fatma Arslan evlərindən 35 kilometr uzaqlıqda ayaqları bağlı halda ov tüfəngi ilə vurulmuş halda tapılıb.

Hadisə ilə bağlı araşdırma aparan polislər 2 uşaq anası Fatma Arslanın mobil telefonundan saat 04:00-da qardaşı qızına “İntiharımızda kimsə günahkar deyil” mesajının yazıldığı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Nigar CƏFƏR

AzNews.az