Çin hökuməti bu xərclərin səbəblərini açıqlamalıdır. Çin hökuməti bu xərclərin səbəblərini açıqlamalıdır.

Yaponiya Çinə səsləndi - "Müdafiə xərcləri büdcəsini şəffaflaşdırın"

Çin hökuməti bu xərclərin səbəblərini açıqlamalıdır.

Yaponiyanın xarici işlər naziri Taro Kono Çini artmaqda davam edən müdafiə xərcləri büdcəsini şəffaflaşdırmağa çağırıb.

Bu barədə nazir jurnalistlərə martın 15-də Ümumçin xalq nümayəndələri toplantısının cari il üçün milli büdcənin layihəsini təsdiq etməsindən sonra deyib.

Qeyd edək ki, cari ildə Çin müdafiə xərclərini 7,5 faiz artıraraq, 1 trilyon 190 milyard yuan (təqribən 177 milyard dollar) məbləğində planlaşdırıb.

T.Kono bildirib ki, Çin iqtisadiyyatda baş verən ləngimələrə baxmayaraq, müdafiə xərclərini çox böyük sürətlə artırmaqda davam edir. Çin hökuməti bu xərclərin səbəblərini açıqlamalıdır. Çünki müdafiə sahəsində belə sürətli artım regiona müxtəlif cür təsir göstərə bilər. (AZƏRTAC)