- Qanundan kənarda
- 21 Mart 2019 11:22
- 1 283
Balakən sakinindən narkotik vasitə götürülüb
30 ədəd çətənə bitkisinin şitilləri aşkar olunaub
Bu barədə AzNews-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Xalatala kənd sakini Ramazan Timirov saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə bitkisinin şitilləri aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az