Bu, 2006-cı il təvəllüdlü İbrahim Məmməd oğlu Abbasovdur. Bu, 2006-cı il təvəllüdlü İbrahim Məmməd oğlu Abbasovdur.

Ağdamda 13 yaşlı yeniyetməni maşın vuraraq öldürüb - YENİLƏNİB

Bu, 2006-cı il təvəllüdlü İbrahim Məmməd oğlu Abbasovdur.

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın kimliyi məlum olub.

Bu, Ağdam rayonunda məskunlaşmış məcburi köçkün, 2006-cı il təvəllüdlü İbrahim Məmməd oğlu Abbasovdur. O, ağır vəziyytədə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

13:39

Ağdam rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Əfətli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21099" markalı 02-BS-884 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 13 yaşlı yeniyetməni vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (Report)