Hadisə keçən il iyunun 7-də baş verib. Hadisə keçən il iyunun 7-də baş verib.

Bakıda məşhur müğənninin oğlu adam öldürüb

Hadisə keçən il iyunun 7-də baş verib.

Keçən ilin iyun ayında Bakının Nəsimi rayonunda qətl törətmiş Vəliyev Tuncay Vidadi oğlu və Ocaqverdiyev Fərman Əli oğlunun barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə başlanan cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Azad Məcidovun sədrliyi ilə baxılacaq.

Məlumata görə, bir neçə ay əvvəl də bu işlə bağlı materiallar məhkəməyə daxil olsa da, sonradan iş yenidən prokurorluğa qaytarılmışdı.

Hadisə isə keçən il iyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində baş verib.

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb.

Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.

Qeyd edək ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. Onun ögey qardaşı Tural isə bir neçə il əvvəl Bərdədə qətl törətdiyinə görə həbs edilib.(news24.az)

AzNews.az

image description