Məhkəmənin baxış iclası aprelin 26-na təyin edilib Məhkəmənin baxış iclası aprelin 26-na təyin edilib

Adam öldürən tələbənin məhkəməsi başladı

Məhkəmənin baxış iclası aprelin 26-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini qətlə yetirməkdə təqsirləndiriən Rauf Murğuzovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 26-na təyin edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında Bakının Nərimanov rayonu Atatürk prospekti, ev 2a ünvanında Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri - 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.

Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.

Xatırladaq ki, qətlə yetirilən E.Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin, hadisəni törədən R.Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi idi.(report.az)

AzNews.az