İmişli rayonunda evlərdən oğurluq edən şəxslər tutulub İmişli rayonunda evlərdən oğurluq edən şəxslər tutulub

İmişlidə evdən 7 minlik qızıl oğurlandı

İmişli rayonunda evlərdən oğurluq edən şəxslər tutulub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri A.Əliyev və İ.İsmayılzadə saxlanılıblar.

A.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 5-də həmyerlisi M.Fazilovla birgə rayon ərazisindəki bir həyətyanı sahədən 7 baş qoyun oğurlaması müəyyən edilib.

Davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fazilov da saxlanılıb.

AzNews.az