Ondan müvafiq sənədləri olan tüfəng götürülüb Ondan müvafiq sənədləri olan tüfəng götürülüb

Bakı sakinini silahla hədələyən şəxs saxlanıldı

Ondan müvafiq sənədləri olan tüfəng götürülüb

Aprelin 25-də saat 12 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları xidmət apardıqları Ş.Səmədov küçəsində evlərin birinin qarşısında iki nəfərin uca səslə mübahisə etdiyini görərək dərhal ora yaxınlaşıblar.

DİN Mətbuat Xidmətindən bildirilib ki, bu zaman birinin digərini ov tüfəngi ilə hədələdiyindən polis əməkdaşları həmin şəxsi saxlayaraq 34-cü Polis Şöbəsinə təhvil veriblər.

Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Quliyev olduğu müəyyən edilib.

Ondan müvafiq sənədləri olan tüfəng götürülüb.

Araşdırma aparılır.

AzNews.az