Məhkəmənin hökmü ilə Sabir Qədirov 19 il müddətinə azadlıqdan məhrum olunub Məhkəmənin hökmü ilə Sabir Qədirov 19 il müddətinə azadlıqdan məhrum olunub

İstədiyi qızı güllələyib, anasını yaralayan gəncə hökm oxundu

Məhkəmənin hökmü ilə Sabir Qədirov 19 il müddətinə azadlıqdan məhrum olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə S.Qədirov 19 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, ötən il mayın 31-də Sabunçu rayonu, Qılman Salahov küçəsi, 15 ünvanında baş verib. Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü S.Qədimov 2001-ci il təvəllüdlü Aytən Cəfərovanı güllələyərək qətlə yetirib.

O həmçinin A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərovanı əlindən və çiynindən güllələyib.(report.az)

AzNews.az