Hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Bakıda davada tələbənin ölməsi ilə bağlı cinayət işi başlandı

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Bakı İdarəetmə ve Texnologiya Kolleci Bakıda tələbələr arasında ölümlə nəticələnən dava ilə bağlı məlumat yayıb.

Kollecdən ONA-ya verilən məlumata görə, II kurs tələbələri Qalib Əsgərzadə və Cümşüd Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə zəminində dava baş verib. Nəticədə tələbə Qalib Əsgərzadə dünyasını dəyişib.

Nərimanov Rayon Prokurorluğundan ONA-ya bildirilib ki, baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Bakıda tələbələr arasında dava ölümlə nəticələnib.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb.

Əldə etdiyimiz məlumata görə, Q.Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

AzNews.az