Faktla bağlı Sabunçu rayon Polis Bölməsində araşdırma aparılır Faktla bağlı Sabunçu rayon Polis Bölməsində araşdırma aparılır

Bakıda qadını bıçaqladılar

Faktla bağlı Sabunçu rayon Polis Bölməsində araşdırma aparılır

Bakının Sabunçu rayonunda yerləşən “Stimul” hospitalı yaxınlığında bıçaqlanma hadisəsi baş verib.

Hadisə nəticəsində 46 yaşlı Elmira Hüseynova bıçaqlanıb.

Faktla bağlı Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, qadın təcili yardım briqadası ilə 3 saylı xəstəxanaya yerləşdirilib:

“Həkimlər qadını müayinə edib. Ona sol budunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Qadının müalicəsi davam edir. Vəziyyətinin orta-ağır olduğu bildirilib”.

Faktla bağlı Sabunçu rayon Polis Bölməsində araşdırma aparılır.(oxu.az)

AzNews.az