Cinayət işi hakim Siyavuş Hacıyevin icraatında baxılacaq Cinayət işi hakim Siyavuş Hacıyevin icraatında baxılacaq

"MTN işi"ndəki zərərçəkən şəxsə cinayət işi başlanıb

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatında baxılacaq

Fəaliyyəti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxslərinin qanunsuz əməllərindən zərər çəkən kimi tanınan Kabulov Əşrəf Rafael oğluna cinayət işi başlanıb.

Ə. Kabulova Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə ittiham verilib.

Ə.Kabulov barəsində cinayət işinin istintaqı başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatında baxılacaq.

Qeyd edək ki, Ə. Kabulov MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və digərlərinin cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

İttihamda göstərilir ki, MTN əməkdaşları Ə. Kabulovdan 30 min manat pul alınıb. (APA)