Polis onların hamısın həbs edib. Polis onların hamısın həbs edib.

Gəncə sakinlərinə qənim kəsilənlər ifşa edildi

Polis onların hamısın həbs edib.

Gəncə şəhərində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər tutulub.

İyunun 6-da Gəncə şəhəridə evlərin birindən 2000 ABŞ dolları, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Tağıyev, X.Qarayev və M.Həsənov Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə mayın 21-də Gəncə şəhəri ərazisində subartezian quyusunu elektrik enerjisi ilə təmin edən naqilin 15 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Əsgərov saxlanılıb.

Aparılmış əməliyyat tədbirləri zamanı onun bu ilin fevral-may ayları ərzində Gəncə şəhərində beş evdən pul, məişət əşyaları və inşaat materialları, habelə daha bir quyunu elektrik enerjisi ilə təmin edən naqilin 30 metrlik hissəsini oğurlaması da müəyyənləşib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.(axar.az)

AzNews.az