Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Abşeronda toy mərasimində kütləvi dava oldu - bıçaqlananlar var

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Abşeronun Fatmayı kəndində bıçaqlanma hadisəsi baş verib.

1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu və 1987-ci il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu öz həyətlərində naməlum şəxs tərəfindən bıçaqlanıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O.Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O.Əliyevə isə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hər iki yaralı əməliyyat edilib.

Bildirilir ki, hər iki şəxs evlərinin həyətyanı sahəsində keçirilən toy mərasimində baş vermiş kütləvi dava zamanı bıçaqlanıblar. (Report)