Ata və oğula ağır xəsarət yetirildi - Bakıda

Hər iki yaralı həkim nəzarəti altındadır

Bakının Sabunçu rayonunda ata ilə oğluna ağır xəsarət yetirilib.

İnsident Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, 58 yaşlı Əhmədov Asəf Nəriman oğlu və onun 20 yaşlı oğlu İlkin Əhmədzadə ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, İ.Əhmədzadəyə bıçaqla xəsarət yetirilib, A.Əhmədovun isə baş nahiyəsinə daş parçası ilə zərbə endirilib. Hər iki yaralı həkim nəzarəti altındadır.

Faktın təfərrüatlarını Sabunçu polisi araşdırır. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.