O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi

Bıçaqlanan Bakı sakini xəstəxanada keçindi

O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi

Bakıda bir neçə gün bundan əvvəl bıçaqlanan şəxs dünyasını dəyişib.

İsgəndərov Asif Həsən oğlu avqustun 5-də bıçaqlanaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Ancaq həkimlərin bütün səyinə baxmayaraq, o, cəmi bir neçə gün yaşaya bilib və ötən gün xəstəxanada keçinib.

Faktla bağlı prokurorluq orqanları istintaq araşdırmalarına başlayıb.