Gənclərdən biri xəstəxanaya bıçaqlanma diaqnozu ilə gətirilib Gənclərdən biri xəstəxanaya bıçaqlanma diaqnozu ilə gətirilib

İki qonşu intihar etdi - Bərdədə dəhşət

Gənclərdən biri xəstəxanaya bıçaqlanma diaqnozu ilə gətirilib

Bərdə rayonunda qonşu olan iki gənc intihar edib.

Rayonun Qasımbəyli kənd sakinləri 1990-cı il təvəllüdlü İlyasov Tural Xəqani oğlu və 2000-ci il təvəllüdlü Əliyeva Bahar Əhliman qızı intihar edib.

Bərdə rayon Mərkəzi Xəstəxanasından AzNews.az-a verilən məlumata görə, hadisə gecə saatlarında baş verib:

“Tural İlyasov xəstəxanaya bıçaqlanma diaqnozu ilə gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas edə bilmədik. Hüquq-mühafizə orqanları hadisənin nə üstündə baş verdiyini və onun kim tərəfindən bıçaqlandığı araşdırılır. Çünki bəziləri onun özünü intihar məqsədi ilə bıçaqlandığını deyib".

Kənd sakinləri isə Bahar Əliyevanın gecə saatlarında özünü yaşadığı evdən asdığını bildirib.

Sakinlərin sözlərinə görə, hər iki gənc qonşu olub.

Bahar RÜSTƏMLİ

AzNews.az