Həbsdən 10 gün öncə çıxmışdı Həbsdən 10 gün öncə çıxmışdı

Arvadını güllələdi, parkda gizlənərkən tapıldı

Həbsdən 10 gün öncə çıxmışdı

Türkiyənin Bursa şəhərində 10 gün öncə həbsdən çıxan və arvadı Esengül T.-ni tapanca ilə vurub qaçan Serdar T. “Botanika Park”-da gizlənərkən tapılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında meydana gəlib.

Narkotika ticarəti ilə məşğul olduğu üçün tutulduğu həbsxanadan yenicə çıxan Serdar T. ilə Esengül T. arasında məlum olmayan səbəbdən mübahisə yaranıb.

Belindən qanunsuz olan silahını çıxaran Serdar T. arvadını güllələyib.

Esengül T. qan içində yerə yıxılan zaman Serdar T. də evdən çıxıb qaçıb.

Şüphəlini tapmaq üçün araşdırma başladan polis Serdar T.-nin “Botanika Park” da gizləndiyini öyrənib.

Bundan sonra axtarışa başlayan Cinayət Büro Mərkəzinin nümayəndələri onu tapıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Səidə Vahid

AzNews.az