Müvafiq araşdırmalar aparılıb, qısa müddətdə həmin şəxs müəyyən edilib Müvafiq araşdırmalar aparılıb, qısa müddətdə həmin şəxs müəyyən edilib

Bakıda 3 nəfərə qarşı dələduzluq edən keçmiş məhkum saxlanıldı

Müvafiq araşdırmalar aparılıb, qısa müddətdə həmin şəxs müəyyən edilib

Bakıda 3 nəfərə qarşı 230 manatlıq dələduzluq edən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan 3 nəfər avqust ayında ayrı-ayrı vaxtlarda naməlum şəxsin aldadaraq onlardan, ümumilikdə, 230 manat pul aldıqlarını bildirib.

Müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb, qısa müddətdə həmin şəxs müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvələr də analoji əmələ və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elton Əliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

AzNews.az