Barışma təklifi etdikdə cütlük arasında dava yaranıb Barışma təklifi etdikdə cütlük arasında dava yaranıb

Qadın keçmiş ərini bıçaqladı

Barışma təklifi etdikdə cütlük arasında dava yaranıb

İstanbulun Maltepe ərazisində 10 il öncə boşandığı ərini bıçaqla yaralayan 35 yaşlı Z.K. adlı qadın saxlanılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı R.K. Fındıklı məhəlləsində yaşayan və 10 il öncə boşandığı keçmiş əri Z.K.-nın evinə uşaqları görmək üçün gəlib. R.K ərinə barışma təklifi etdikdə cütlük arasında dava yaranıb və Z.K. keçmiş ərini ayağından bıçaqla yaralayıb.

Bina sakinlərinin xəbər verməsindən sonra hadisə yerinə polis və təcili yardım nümayəndələri çağırılıb.

Evə gələn polis qadını nəzarətə götürərkən, yaralı R.K. da ambulansla xəstəxanaya aparılıb.

Yaralı şəxsin həyati təhlükəsinin olmadığı öyrənilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Səidə Vahid

AzNews.az

image description