Polis 2017-ci ilin noyabrında məhkəmənin qərarı ilə 11 il 8 ay həbs cəzası almışdı Polis 2017-ci ilin noyabrında məhkəmənin qərarı ilə 11 il 8 ay həbs cəzası almışdı

16 yaşlı tələbəni öldürən polis sərbəst buraxıldı

Polis 2017-ci ilin noyabrında məhkəmənin qərarı ilə 11 il 8 ay həbs cəzası almışdı

Ömer Barış Topkaranın başına tapança dəstəyi ilə vuraraq öldürən polisin cəzası endirilib və sərbəst buraxılıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, İstanbulun Esenyurt ərazisində 2017-ci ildə 16 yaşlı tələbə Ömer Barış Topkara ilə dostu oğurluq etdikləri üçün polis tərəfindən saxlanılıb.

Polisdən qaçmaq istəsələr də bu səyləri boşa çıxıb. Uşaqları qovalayan polis tapançasının dəstəyi ilə Ömer Barış Topkaranı vurmaq istəyib. Bu zaman atəş açılıb və başından güllə yarası alan Ömer ölüb.

Polis 2017-ci ilin noyabrında məhkəmənin qərarı ilə 11 il 8 ay həbs cəzası alıb. Sonradan onun cəzası 15 ilə kimi artırılıb.

Ancaq Cəza Məhkəməsi cəzanın çox olduğunu nəzərə alaraq qərarı ləğv edib.

İstanbul Regional Ədalət Məhkəməsi isə polisə güzəşt edərək həbs müddətini 7.5 ilə endirib.

Nəhayət, məhkəmə onun 2 il 7 ay həbsdə qaldığını və daimi yaşayış yeri olduğunu nəzərə alaraq sərbəst buraxıb.

Səidə Vahid

AzNews.az

image description image description