Qrup Ukrayna pasportları səbəbindən tutulub Qrup Ukrayna pasportları səbəbindən tutulub

Voleybol komandası kimi geyindilər və İsveçrəyə...

Qrup Ukrayna pasportları səbəbindən tutulub

Yunanıstanın paytaxtı Afinada 10 immiqrant voleybol komandası formasını geyinərək İsveçrəyə qaçmağa cəhd edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, suriyalı əsilli həmin şəxslər Afina Hava limanında saxlanılıb.

Onların İsveçrəyə getmək üçün qurduqları plan diqqət çəkib.

Voleybol komandası görüntüsü yaradan 10 nəfərin eyni formanı geyindiyi və əllərində idman çantaları ilə voleybol toplarını daşıdıqları görülüb.

Qrup Ukrayna pasportları səbəbindən tutulub.

Qeyd edək ki Yunanıstan polisinin bir çox immiqranta şiddət tətbiq etdiyi də dünya medyasında yer alıb.

Səidə Vahid

AzNews.az