Hazırlıq iclası yaxın günlərdə keçiriləcək Hazırlıq iclası yaxın günlərdə keçiriləcək

FHN-in əməkdaşını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Hazırlıq iclası yaxın günlərdə keçiriləcək

Bakıda qəsdən bədənə ağır xəsarət yetirməkdə təqsirləndirilən Kənan Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Samir Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) 1994-cü il təvəllüdlü kiçik giziri İsrafilzadə İbrahim Məhbub oğlu işdən çıxarkən naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisəni törətməkdə təqsirləndirilən K.Tağıyevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

AzNews.az