Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub

Bakıda dəhşət: Gecə yarısı idman müəlliminin evinə getdi, qızı yanıb kül oldu - VİDEO

Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub

Bakının Binəqədi rayonunda mənzildə baş verən yanğında dünyasını dəyişən 11 yaşlı Firuzə Ələkbərovanın ölümü ilə bağlı təfərrüatlar ortaya çıxıb.

AzNews.az xəbər verir ki, ötən gün ATV telekanalında yayımlanan "Bizimləsən" verilişinə gələn Firuzənin anası hadisə baş verən gündən danışıb.

Bildirib ki, həmin gecə oğlunun idman müəlliminin evinə borc almaq üçün gedib.

Zəminə adlı qadının gecə yarısı başqa bir kişinin evində olması ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Efirdə zəng edən qonşular qadının həyat tərzinin düzgün olmadığını və övladlarına qarşı məsuliyyətsiz olduğunu söyləyiblər. Yanğının da məhz onun məsuliyətsizliyindən dolayı baş verdiyini qeyd ediblər.

Qeyd edək ki, hadisə sentyabrın 29-d baş verib.

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Aynur

AzNews.az