Məhkəmə sənədləri növbəti prosesdə müzakirəyə çıxaracaq Məhkəmə sənədləri növbəti prosesdə müzakirəyə çıxaracaq

Nazim İbrahimovun dələduzluqda ittiham olunan qardaşı məhkəməyə nə təqdim edib?

Məhkəmə sənədləri növbəti prosesdə müzakirəyə çıxaracaq

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Sahib İbrahimov məhkəməyə rəsmi sənədlər təqdim edib.

Rəsmi sənədlər S.İbrahimova məxsus binadan vətəndaşlara satılan mənzillərə verilən çıxarışların sürəti, zərərçəkmiş şəxslərlə bağlanmış müqavilələr, vergi ödənişləri ilə bağlı olub. Məhkəmə sənədləri qəbul edib və növbəti prosesdə müzakirəyə çıxaracaq.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Məhkəmənin qərarı ilə S. İbrahimov barəsindəəvvəlcə həbs qətimkan, daha sonra ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb. Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə onlara 2 milyon manat ziyan dəyib. Məlumata görə, S. İbrahimov dəymiş zərərin bir qismini ödəyib.

Onu da qeyd edək ki, S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.

AzNews.az