Həmin ərazinin 1,4 hektarı “Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsindədir Həmin ərazinin 1,4 hektarı “Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsindədir

SOCAR Cəbrayılovun iki binasını sökdürür – Məhkəmə qərarı

Həmin ərazinin 1,4 hektarı “Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsindədir

Sumqayıt Məhkəməsinin qərarına əsasən, keçmiş deputat, borc qalmaqalları ilə gündəmi zəbt edən Rəfael Cəbrayılova və qardaşına məxsus Dərhal MMC tərəfindən Mehdiabad-Novxanı şossesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın 2-si və kompleksdəki obyektlərdən biri söküləcək.

Bu haqda bakupost.az məlumat paylaşıb.

İddia edilib ki, məhkəmə söküntü işlərinin Cəbrayılov qardaşlarına məxsus şirkət tərəfindən aparılması barədə qərar çıxarıb:

“Səbəb kimi həmin ərazinin 1,4 hektarının “Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsində olmasıdır”.

Qeyd edilib ki, kompleks tam məskunlaşıb və binaların böyük əksəriyyətində məcburi köçkünlər yaşayır.

AzNews.az