Məhkəmənin baxış iclası oktyabrın 25-nə təyin edilib Məhkəmənin baxış iclası oktyabrın 25-nə təyin edilib

Gənc qayın xəyanət edən yeznəni bıçaqlayıb - 18 yaşlı Yavərin ağır cinayəti

Məhkəmənin baxış iclası oktyabrın 25-nə təyin edilib

Yeznəsini bıçaqlamaqda təqsirləndirilən gənc hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Quba rayon sakini, 2001-ci il təvəllüdlü Yavər Məlikməmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 25-nə təyin edilib.

Hadisə bu il iyulun 21-də baş verib. Yavər Məlikməmmədov yeznəsi, 1991-ci il təvəllüdlü Ramin Muradxanov ilə sonuncunun yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində mübahisə ediblər.

Aralarında yaranmış ailə münaqişəsi zəminində Yavər Məlikməmmədov bacısının ərini bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Mübahisəyə səbəb Ramin Muradxanovun xanımına xəyanət etməsi olub. Muradxanovun xanımı bundan xəbər tutub və aralarında mübahisə yaranıb. Muradxanovun xanımı ərinin ona xəyanət etdiyi qadının mobil telefonuna zəng edərək onunla mübahisə edib. Bundan sonra Ramin Muradxanov həyat yoldaşının bu hərəkətindən qəzəblənib və ondan tələb edib ki, zəng edərək həmin qadından üzr istəsin. Bu zaman ər-arvad arasında mübahisə böyüyüb və ailə üzvləri bu məsələdən xəbər tutublar.

Ramin Muradxanovun 18 yaşlı qaynı Yavər bu məsələdən xəbər tutub. Aralarında yaranmış mübahisə zamanı qayın yeznəni bıçaqlayıb.

Yavər Məlikməmmədov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır zərərvurma) və 228-ci (soyuq silah saxlama) maddəsi ilə ittiham elan edilib.

AzNews.az