Hadisə Xətai rayon ərazisində baş verib Hadisə Xətai rayon ərazisində baş verib

Bakı sakinindən 5 kq heroin götürüldü

Hadisə Xətai rayon ərazisində baş verib

Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.

Hadisə Xətai rayon ərazisində baş verib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini, 1979-cu il təvəllüdlü N.Məmmədovdan 5 kiloqramdan çox heroin və 2,650 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az