Faktla bağlı cinayət işi açılıb Faktla bağlı cinayət işi açılıb

Xaçmaz sakini keçmiş qayınatasını qətlə yetirdi

Faktla bağlı cinayət işi açılıb

Xaçmazda qətl hadisəsi baş verib.

Hadisə rayonun Qımıl kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Qədirov Əlihüseyn Cəlil oğlu keçmiş kürəkəni, 1990-cı il təvəllüdlü Qurbanov Səfər İlham oğlu tərəfindən bıçaqlanıb.

S. Qurbanov keçmiş qayınatasına 8 bıçaq zərbəsi vurub.

Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

AzNews.az