O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib

Müsavat Partiyasının başqan müavini həbs edildi - 15 sutka

O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib

Müsavat Partiyasının başqan müavini, Divan üzvü Razim Əmiraslanlı həbs edilib.

AzNews.az xəbər verir ki, bu barədə vəkil Nemət Kərimli məlumat yayıb.

O, qeyd edib ki, Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı noyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsinin qərarı əsasında həbs edilib.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə 15 sutka inzibati həbsə məhkum edilib.

AzNews.az