Сütlük 2 oğlunu öldürdükdən sonra duş qəbul edib Сütlük 2 oğlunu öldürdükdən sonra duş qəbul edib

İki uşağını öldürən ana-ata bacı-qardaş çıxdı - DƏHŞƏTƏ GƏTİRƏN FAKTLAR

Сütlük 2 oğlunu öldürdükdən sonra duş qəbul edib

İngiltərənin Cənubi Yorkşir əyalətinin Şeffild şəhərində iki uşağını öldürən ana-atanı bacı-qardaş olduğu məlum olub.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Sara Barras və Brandon Maçin cütlüyü 13 və 14 yaşlı iki oğlunu öldürdüyü üçün məhkəmə qarşısına çıxıb.

Məhkəmə prosesi zamanı verilən açıqlamalar hər kəsi dəhşətə gətirib. Belə ki, cütlüyün əslində ögey bacı-qardaş olduğu və çox pis uşaqlıq keçirdikləri açıqlanıb.

Onların evlənməyə qərar verdikləri, uşaq arzuladıqları, bir müddət sonra isə onlardan qurtulmaq istədikləri qeyd edilib.

Tristan və Bleyk adlı övladlarını qətlə yetirən valideynlər ardınca qalan 4 uşağını da öldürmək istəyib, amma buna nail ola bilməyiblər. Digər uşaqların 13 yaşdan kiçik olduğu və təhlükəsizlik səbəbilə adlarının açıqlanmayacağı bildirilib.

Məhkəmə hər iki qatilə ömürlük həbs cəzası verib. Bildirilib ki, Sara Barras uşaqlıq dövründə uzun müddət təcavüzə və alçaldıcı hərəkətlərə məruz qalıb. Buna görə də sosial inkişafdan qalıb. Brandon Maçin isə həyatı boyu çətinliklərlə mübarizə aparmaq məcburiyyətində qalıb. Onun da uşaqlıqda yaşadığı travma nəticəsində psixopat olduğu məlum olub.

Qonşularının verdiyi izahat zamanı aydın olub ki, qatil valideynlər uşaqlarını öldürməzdən əvvəl "Sizə həyatı mən verdim, mən də ala bilərəm" deyərək təhdid ediblər.

Hakimlər qətllərin bu ilin 14-23 may tarixləri arasında baş verdiyini aşkarlayıblar. Uşaqlarını böyütmək istəməyən cütlük onları uşaq evinə vermək də istəməyib. Məlum olub ki, onlar əvvəlcə evin hər yerinə zəhərli dərmanlar qoyub. Ancaq uşaqlar bu dərmanları yeməyib. Ana uşaqlarını zəhərləyərək öldürə bilməyəcəyini anlayanda Brandonu evə çağırıb. Sara Barras əvvəlcə Tristanı öldürməli olduqlarını deyib. Onu Bleykin gözü qarşısında öldürüblər. Ekspertizanın nəticələrinə görə, daha sonra ata 14 yaşlı oğlu Bleyki boğaraq öldürüb. Сütlük 2 oğlunu öldürdükdən sonra duş qəbul edib.

Daha sonra onlar digər uşaqlarının əllərindən alınacağını düşünüblər. Bu səbəblə qalan 4 uşağı da öldürdükdən sonra özlərini də intihar etməyi planlaşdırıblar.

Bu məqsədlə kiçik uşaqlarını hamama gətirən ana onu orada boğmaq istəyib. Lakin uşaq susmadan ağladığı üçün buna nail ola bilməyib.

Sara Barras qalan 4 uşağını da bir otağa yığandan sonra polisə zəng edib və evlərinə gəlməklərini istəyib. Polis məmurları evə gələndə gördükləri mənzərədən dəhşətə gəliblər.

Valideynləri tərəfindən qətlə yetirilən iki qardaş eyni tabutda son mənzilə yola salınıb. Onların adları müvafiq olaraq tabutun iki tərəfinə yazılıb.

Pərvanə

AzNews.az