Hadisəni törədən şəxsin kimliyi məlum deyil Hadisəni törədən şəxsin kimliyi məlum deyil

Bərdədə 19 yaşlı gənc bıçaqlandı

Hadisəni törədən şəxsin kimliyi məlum deyil

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Səttərxan küçəsində qeydə alınıb.

Rayon sakini, 2000-ci il təvəllüdlü Elmir Abdullayev bıçaqlanıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. E.Abdullayevə döş qəfəsinin sol kürək nahiyəsində və sağ baldırın aşağı nahiyəsində kəsilmiş deşilmiş diaqnozu qoyulub.

Hadisəni törədən şəxsin kimliyi məlum deyil. Həmin şəxsin müəyyən edilməsi istiqamətində rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilir.(report.az)

AzNews.az