Zorakılığı daha çox valideynlər, qanuni nümayəndələri və tərbiyəçilər edib Zorakılığı daha çox valideynlər, qanuni nümayəndələri və tərbiyəçilər edib

Bu ölkədə cinsi zorakılığa məruz qalan uşaqların sayı açıqlandı - 2019-cu ilin hesabatı

Zorakılığı daha çox valideynlər, qanuni nümayəndələri və tərbiyəçilər edib

Bu il ərzində Moldovada 300-dən çox uşaq cinsi zorakılığa məruz qalıb.

Yerli mətbuata istinadla xəbər verilir ki, bu barədə Moldova Baş Prokurorluğunun yaydığı hesabatda qeyd olunub.

Məlumata görə, uşaqlara qarşı cinsi zorakılığı daha çox valideynlər, qanuni nümayəndələri və tərbiyəçilər edib. Bundan başqa cinsi təcavüz üçün mobil telefon və sosial şəbəkələrdən daha çox istifadə olunur. Həm də yaşlı müəllimlərin uşaqlara qarşı münasibətlərində cinsi zorakılığın təzahürlərinə rast gəlinir.

Uşaqlara qarşı cinsi istismar hallarının qarşısını almaq üçün maarifləndirmə işi gücləndirilir və qanunvericiliyin sərtləşdirilməsi məsələsinə baxılır.

AzNews.az