Bakıda 22 min manatlıq bilyard masası oğurlayan şəxslər saxlanılıb. Bakıda 22 min manatlıq bilyard masası oğurlayan şəxslər saxlanılıb.

Bakıda bilyard masası oğurlayanlar tutuldu

Bakıda 22 min manatlıq bilyard masası oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 18-dən 25-dək olan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində anbarların birindən 22 000 manat dəyərində bilyard masasının parçası (18 ədəd) və 13 ədəd bilyard luzasının oğurlanması barədə 4-cü Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Qafarov və R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

AzNews.az