Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır

Gəncədə ata və oğlu bıçaqlandı

Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində mübahisə zamanı 2 nəfər bıçaq xəsarəti alıb.

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Tərlan Xəyyam oğlu Hüseynov mübahisə zəminində bıçaqlanıb. Mübahisə edənləri sakitləşdirmək istəyərkən onun atası Xəyyam Hüseynov da bıçaq xəsarəti alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin kim tərəfindən və mübahisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az