Şahbaz Xuduoğlu: “Məsələ həll olacaq” Şahbaz Xuduoğlu: “Məsələ həll olacaq”

Əlövsət Əliyev gələn həftə buraxıla bilər - Qardaşları danışdılar

Şahbaz Xuduoğlu: “Məsələ həll olacaq”

Almaniyada miqrant alveri ittihamı ilə saxlanılan azərbaycanlıların talelərinin necə olacağı hələ də sual altındadır. Həbs edilənlərdən biri də “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevdir. Hüquq müdafiəçisinin qardaşlarından onun son durumu, Almaniyaya gedib-getmədikləri ilə maraqlandıq.

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Almaniyaya getməyi düşünmür: “Bu ailə söhbətidir. Mətbuata aidiyyəti yoxdur, gedən olub, yoxsa yox. Amma Almaniyada yaşayan ailə üzvləri, vəkili görüşüblər. Vəkilin dediyinə görə, hər şey qaydasında olacaq. Çünki o, alman qanunları çərçivəsində işləyib. Açığı, özüm Almaniyaya getməyi hələ ki düşünmürəm. İmkan olanda gedərəm.

Ä°lgili resim

Almaniya elə ölkədir ki, orada son söz qanunundur. Qanun necə tələb edirsə, bu çərçivədə məsələyə baxılacaq. Onun qanun pozuntusu etmədiyini düşündüyüm üçün çox da narahat deyiləm”.

Əlövsət Əliyevdir Şahbaz Xuduoğlu ile ilgili görsel sonucu

Ə.Əliyevin digər qardaşı, “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlu onun gələn həftə buraxıla biləcəyini qeyd etdi: “Bizim ailədən Almaniyaya gedən olmayıb. Ailə üzvləri oradadır. Noyabrın 27-də görüşüblər. Hər şey qaydasındadır. Yəqin ki, gələn həftə məsələ həll olunacaq. Doğrusu, getmək istəyirdim. Amma gələn həftə çıxmaq ehtimalı var. Ona görə də getməyə dəyməz. Həm də ki gərək onunla görüşmək imkanı olsun. Əvvəlcədən hər şey razılaşdırılmalıdır. Yoldaşı və uşağı ilə görüşüb. Özü baş verənlərdən narahat deyil. Yəqin ki, çıxandan sonra bu məsələlərə aydınlıq gətirəcək. Almaniyada qanunvericiliyin tələbləri var. Vəkil deyib ki, qanunla gələn həftə onun buraxılmaq ehtimalı var. O istiqamətdə vəkil çalışır. Bunun hansı yollarla olacağı alman qanunlarının verdiyi imkanlarla baş tuta bilər”.

Ş.Xuduoğlu qardaşının ümumi durumunun normal olduğunu söylədi: “Deyilənə görə, saxlanma şəraiti yaxşıdır. Saxlanıldığı yerdə kitabxana var, ondan faydalanır. Ailəsi, Bakıdakı yaxınları ilə maraqlanıb. Ailəsi ilə görüşdən sonra əhvalı daha da yaxşı olub. Özünü sabit hiss edir. Elə bir xüsusi narahatlığı yoxdur”.

AzNews.az