3 şübhəli polis nəzarəti altında olmaq şərtilə azad edilib 3 şübhəli polis nəzarəti altında olmaq şərtilə azad edilib

Bir gecədə 4 maşını oğurladılar

3 şübhəli polis nəzarəti altında olmaq şərtilə azad edilib

Türkiyənin Kocaeli şəhərində bir gecədə 4 maşın oğurladıqları iddiası ilə saxlanılan şəxslərdən biri tutulub, digər üç nəfər isə nəzarət altında olmaq şərtilə sərbəst buraxılıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, 30 noyabr tarixində gecə saatlarında dörd maşın və bir maşının içindəki əşyalar oğurlanıb. Maşın sahiblərinin xəbər verməsi ilə Kocaeli polisə araşdırmaya başlayıb.

Aparılan araşdırmalardan sonra maşınları oğurlayan şəxslərin 3 nəfər olduğu məlum olub.

Polis həmin şəxslərin ünvanlarına baxış üçün əməliyyat hazılayıb. Əməliyyat nəticəsində maşınları oğurlayanlar və onlara kömək edən şəxs nəzarətə götürülüb.

Polisdəki işlər tamamlandıqdan sonra şübhəlilər Kocaeli məhkəməsinə verilib.

Hakim qarşısına çıxarılan şəxslərdən biri tutulub, digər 3 şübhəli isə polis nəzarəti altında olmaq şərtilə azad edilib.

Səidə Vahid

AzNews.az